Bu axşam futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin oyunlarına start verilib. Futbolinfo.az xəbər verir ki, birinci oyun günündə 2 qarşılaşma baş tutub. Oyunlar Fransa və Ukraynada keçirilib.
F qrupundan ikinci yerdə çıxan PSJ G qrupunun lideri “Çelsi”ni qəbul edib. Parisdə keçirilən qarşılaşmanı daha da prinsipial edən isə rəqiblərin ötən mövsüm də 1/4 finalda qarşılaşmasıydı. Hansı ki, ötən il “Çelsi” səfər qolu hesabına turu keçən tərəf olmuşdu. Bu dəfə də "zadəganlar" səfərdə fərqlənməyi bacarıb. Bununla belə matç bərabərliklə başa çatıb.
Elə paralel keçirilən digər oyunda da qalib müəyyənləşməyib. H qrupunun ikincisi olmuş “Şaxtyor” E qrupunu lider kimi başa vurmuş “Bavariya” ilə doğma divarlar arasında münasibətlərə aydınlıq gətirib. Oyundan qol səsi çıxmayıb.
UEFA Çempionlar Liqası
1/8 final
1/8 final
17 fevral
PSJ (Fransa) – Çelsi (İngiltərə) 1:1
Qollar: Kavani, 54 – İvanoviç, 36.
Şaxtyor (Ukrayna) – Bavariya (Almaniya) 0:0
Qırmızı vərəqə: Xabi Alonso (Bavariya), 65.