Bu il “Neftçi” ilə Rusiya “Zenit”i arasında növbəti yoldaşlıq görüşü keçiriləcək.

Futbolinfo.az xəbər verir ki, bu barədə məlumatı “Sport-Ekspress” nəşri yayıb.

Bildirilib ki, Sankt-Peterburq təmsilçisi oktyabr və noyabrda milli komandaların oyunları ilə əlaqədar çempionatlarda yaranacaq fasilə dövründə iki yoxlama matçı planlaşdırır. “Zenit” ilk oyununu oktyabrın 14-də səfərdə Qazaxıstan klubu “Kayrat”a qarşı keçirəcək. Noyabrdakı rəqib isə məhz “Neftçi” olacaq. Qarşılaşmanın konkret tarixi hələ bəlli olmasa da, “Zenit”in həmin vaxt Bakıya səfər edəcəyi dəqiqdir.

Qeyd edək ki, komandalar iyulun 1-də “Match TV” kuboku çərçivəsində üz-üzə gəlib, “Zenit” 3:1 hesablı qələbə qazanıb.

Shares: