Sandro Tonali “Milan”a qarşı keçirdiyi ilk oyun haqda təəssüratlarını bölüşüb. Bu yay “Nyukasl”a satılan yarımmüdafiəçi “Sky Sport”a danışıb.

Futbolinfo.az xəbər verir ki, Çempionlar Liqasının ilk turunda İtaliyada üz-üzə gələn rəqiblər qolsuz heç-heçəyə razılaşıb: “İnsanlar sözlərimi bəyənsin, məni alqışlasın deyə cavab vermək istəmirəm. Amma “Milan”la xüsusi bağlılığım var. Bunu nə “Breşiya”da, nə “Milan”da olanda demədim, indi “Nyukasl”da da elə edirəm, komandaya münasibətimdən çox bəhs etmirəm. Amma hamı bilsin ki, “Milan”a bağlılığım bir başqadır. Bunu gizlətməyim də yanlış olar”.

Tonali “Milan”da sevilən oyunçulardan idi. O, komandanın son çempionluğunda müstəsna rol oynamışdı. Elə bu üzdən dünən azarkeşlər “San Siro”da onu alqışlarla qarşılayıb.

Shares: