Erlinq Haland futbolda ilk addımlarını atdığı “Bryne” üçün fədakarlıq edəcək. O, 2006-ci ildən ilk dəfə Norveç çempionatı Eliteseriendə pley-off oynayacaq komandaya dəstək vermək qərarına gəlib.

Futbolinfo.az xəbər verir ki, “Mançester Siti”nin ulduzu komandanın səfərdə dəstəksiz qalmaması üçün 200 azarkeşə 13 min funt-sterlinqlik qatar bliet almaq qərarına gəlib. Fanatlar qatarla səfərə çıxmaq istəməsə, onların avtobusla gedişini də Haland təmin edəcək.

2015-2017-ci illərdə “Bryne”də futbolda ilk addımlarını atan Erlinq sonradan “Mölde”yə, ardınca “Zalsburq”a transfer olunmuşdu. Dortmund “Borussiya”sında parladıqdan sonra Haland 2022-ci ildə “Mançester Siti”yə keçib.

NINTCHDBPICT000750015350 - Futbolinfo.az
Shares: