İspaniya La Liqasının prezidenti Xavyer Tebas vəzifəsindən istefa verib.

Futbolinfo.az “Marca”ya istinadən xəbər verir ki, o, seçkilərdə yenidən prezident seçilmək üçün bu addımı atıb.

Tebasın istefası ilə 2024-cü ildə keçirilməsi gözlənilən prezident seçkilərinin bu il təşkil olunacağı gözlənilir.

2013-cü ildən İspaniya La Liqasının prezidenti olan Xavyerin 4-cü dəfə yeganə namizəd kimi prezident seçiləcəyi iddia edilir.

Seçkilərin gələn il keçiriləcək İspaniya Futbol Federasiyası seçkiləri ilə ziddiyyət təşkil etməməsi üçün bu üsuldan istifadə edildiyi bildirilir.

Shares: