Snuker üzrə yeddiqat dünya çempionu Ronni O’Sallivan Beynəlxalq Snuker Federasiyasının (WST) rəhbərliyini tənqid edib. Ondan əvvəl də bir sıra yüksək səviyyəli oyunçu kommersiya turnirlərində iştirakla bağlı fikir ayrılıqlarına görə federasiyaya etiraz etmişdilər. Məhz bu səbədən də, bir çox idmançı WST yarışlarında iştirakdan imtina edib.

BBC-nin məlumatına görə, münaqişə davam edərsə, O’Sullivan snukeri tərk edəcək.

“Burada, Böyük Britaniyada çəkdiyim zəhmətin qarşılığını görmək çox çətindir. Çindəki turnirlərdə isə hər şey yüksək səviyyədə təşkil edilir, gözəl publika qarşısında oynayırsan və pul mükafatı da yüksək olur. Bu, mənim çox xoşuma gəlir.

Əgər bunu edə bilməsəm və ya mənə icazə verilməsə, yəqin ki, çıxışımı dayandıracağam. Belə olan halda gedib Çin səkkizliyində oynayacağam, çünki hələ də snuker oynamaq, hələ də əlimə kiy almaq istəyirəm”, – deyə idmançı qeyd edib.

Shares: