Ukraynada müharibə başladıqdan sonra ölkədən xarici dövlətlərdəki yarışlara 309 idmançı və məşqçi yollanıb və geri qayıtmayıb. Bu da ümumi yarışa gedənlərin 3,41 %-i deməkdir.

İdmançılara turnirlərdə ölkənin şərəfini qorumaq üçün xaricə yollanmağa icazə verilir. 2022-ci ilin fevralından bəri bu hüquqdan 9058 idmançı və məşqçi istifadə edib. Qayıtmayanlardan 207 nəfəri sırf olimpiya idman növlərini təmsil edir. 49 idmançı və 13 məşqçi isə qeyri-olimpiya idman növlərindəndir.

“Bundan sonra bu cür imtiyazlardan istifadə edərək xaricə gedən və qayıtmayan idmançılar, Ukrayna milli komandasnın heyətindən kənarlaşdırılacaqlar. Gənclər və İdman Nazirliyi tərəfindən bununla bağlı qərarın qəbul edilməsi üzərində işlər gedir. Bundan başqa, həmin idmançıların fəxri adları da ləğv ediləcək”, – deyə Ukrayna Gənclər və İdman Nazirliyi tərəfindən məlumat verilib.

Shares: