A Seriyasında işləri qaydasında getməyən “Napoli” heyətini gücləndirməyə çalışır. Son İtaliya çempionu bir neçə transfer planlaşdırır.
Futbolinfo.az xəbər verir ki, neapollular “Bornmut”un və Fil Dişi Sahili millisinin yarımmüdafiəçisi Hamed Traoreni heyətinə qatıb. 23 yaşlı yarımmüdafiəçi bu mövsümün sonuna kimi icarə əsasında İtaliya təmsilçisində çıxış edəcək. “Napoli” yayda futbolçunu 25 milyon avroya almaq hüququna malik olacaq.
Daha bir neçə oyunçu ilə danışıq aparan neapollular, komandanın liderlərini heyətdə saxlamaq niyyətindədir. Yaxınlarda Viktor Osimhenlə yeni müqavilə bağlanılıb, indi də Matteo Politano ilə danışıqlar aparılır.
Səudiyyə Ərəbistanının “Əl Şahab” klubunun sərfəli təklifindən imtina edən təcrübəli yarımmüdafiəçi, doğma klubu ilə müqavilənn müddətini uzadacaq. O, “Napoli” rəhbərliyi ilə illik 2Ş8 milyon avro qazanacağı 3 illik anlaşmanı razılaşdırıb.