Çempionlar Liqasında fasilə geridə qaldı. Bu gün Avropanın aparıcı klublarının mübarizəsinə “restart” verilir.
2 aylıq fasilə ərzində komandalarda nə baş verdiyinə nəzər salaq.
Mançester Siti
Qrupdan sonra: Haaland zədəli idi, komanda beş matçda bir qələbə qazanmışdı və Premyer Liqada dördüncü yerdə idi.
İndi: Haaland zədədən sonra formasını yığır, komanda ardıcıl 10 oyunda qələbə qazanıb. Klublararası Dünya Çempionatının qalibi olan “Mançester Siti” artıq itirilmiş xallara görə liqada liderlik edir. Fil Foden əla formadadır: 7 liqa matçında 4+4, FA Kubokunda dubl, Klublararası Dünya Çempionatının finalında “Fluminense”yə qarşı qol.
Kopenhagen
Qrupdan sonra: Çempionlar Liqasının pley-off mərhələsinə gözlənilməz çıxış. 17 turdan sonra Danimarka çempionatında yalnız üçüncü yer və Danimarka Kubokunun 1/4 finalında mübarizəni dayandırma.
İndi: Heç nə dəyişməyib, Danimarkada qış fasiləsi olub, “Siti” ilə ilk oyundan sonra çempionat bərpa olunacaq.
Real
Qrupdan sonra: Cud Bellingem tərəfindən əla başlanğıc – o, La Liqanın bombardiri, Çempionlar Liqasının qol+ötürmə (4+3) baxımından ən yaxşılarından biridir. Mərkəz müdafiəçilərindən yalnız Eder Militao zədəlidir (xaçvari bağlar). La Liqada “Jirona”dan iki xal geri qalır.
İndi: Bellingem hələ də əla formadadır, lakin pley-offdan dərhal əvvəl zədələnib. Bütün mərkəz müdafiəçiləri də zədəlidir. “Real” artıq La Liqada “Jirona”nı 4:0 hesabı ilə məğlub edərək 5 xal öndədir. İspaniya Superkubokunu qazanıb, lakin ölkə kubokunun 1/8 finalında “Atletiko” ilə oyundan sonra mübarizəni dayandırıb.
Leypsiq
Qrupdan sonra: çempionluq şansı yox idi, ilk 4-lükdən kənarda olan Dortmund “Borussiya”sından 4 xal öndə idi. Villi Orban və Dani Olmo zədəli idilər. Komanda yay satışından sonra yaxşı görünürdü – yeni liderlər meydana çıxmışdı: Xavi Simons və Loi Openda.
İndi: Çempionluq şansı demək olar, yoxdur, “Borussiya” artıq ilk 4-lük uğrunda mübarizədə “Leypsiq”dən üç xal öndədir, müdafiədə problemlər var. Əfsanəvi Emil Forsberq MLS-ə yollanıb, Orban və Olmo forma yığmaqla məşğuldurlar.
Bayern
Qrupdan sonra: Çempionatda və Çempionlar Liqasında məğlubiyyətsiz seriya, lakin Bundesliqada “Bayer”dən sonra ikinci yer, Almaniya Superkubokunda “Leypsiq”ə 0:3 məğlubiyyət və üçüncü divizion komandası “Saarbrüken” tərəfindən Almaniya kubokundan kənarlaşdırılma. Harri Keyn üç het-trik və dörd dubl etmişdi.
İndi: Bundesliqada hələ də 2-ci yer və ən vacib oyunda “Bayer”ə məğlubiyyət – 0:3. Keyn iki ay ərzində cəmi bir dəfə dubl edib.
Latsio
Qrupdan sonra: A Seriyasında 10-cu yer.
İndi: A Seriyasında 8-ci yer.
PSJ
Qrupdan sonra: Luis Enrike fevralda PSJ-nin daha da güclənəcəyinə söz vermişdi.
İndi: Həmin tərəqqi görünmür. PSJ ardıcıl 16 matçdır məğlub olmur, lakin oyunda ciddi irəliləyiş hiss edilmir. Liqa 1-də ən yaxın izləyicidən 11 xal fərq var və Fransa Kubokunun 1/4 finalında “Nitsa” ilə qarşılaşacaq.
Real Sosyedad
Qrupdan sonra: La Liqada Çempionlar Liqası zonasından beş xal geridə idi.
İndi: Çempionlar Liqası zonasından 11 xal geridədir və ardıcıl 384 dəqiqədir qol vurmur.
PSV
Qrupdan sonra: Erediviziyada 15 qələbə, sıfır heç-heçə, sıfır məğlubiyyət
İndi: ilk xal itkiləri – “Utrext”lə və “Ayaks”la 1:1. Kubokun 1/8 finalında “Feyenoord” tərəfindən kənarlaşdırılıb.
Borussiya Dortmund
Qrupdan sonra: Bundesliqanın ilk 4-lüyündən kənarda, Almaniya Kubokunda aşağı liqa təmsilçisi tərəfindən məğlubiyyət və ardıcıl altı qələbəsiz oyun.
İndi: İlk 4-lüyə qayıdış və “Çelsi”dən icarəyə götürülmüş Yan Matsenin sayəsində yaranan yeni hücum formatı.
Atletiko
Qrupdan sonra: La Liqada liderin 7 xal gerisində. Dieqo Simeonenin sözlərinə görə, Alvaro Morata Haaland səviyyəsində oynayır. O və Antuan Qrizman hər ikisi beş qolla Çempionlar Liqasının qrup mərhələsinin bombardirləridir.
İndi: La Liqada liderin 13 xal gerisində. “Atletiko”nın əsas məqsədi İspaniya Kubokudur. “Real” məğlub edilib. “Atletik”lə yarımfinalın ilk oyununda 0:1 hesabı ilə məğlubiyyət var. Qrizmann Luis Araqonesi keçərək klub tarixinin bombardiri olub. Morata zədəlidir.
İnter
Qrupdan sonra: A Seriyasında “Yuventus”u 2 xal qabaqlayırdı.
İndi: “Yuventus”la görüşdə qələbə sayəsində 7 xal öndədir. İtaliya daxilində hökmranlıq. Əsas liqalarda yalnız Keyn və Mbappe Lautaro Martinesdən daha çox qol vurub. Ölkə Superkubokunu qazanıb.
Arsenal
Qrupdan sonra: Premyer Liqada ən yaxşı müdafiə – buraxılan 15 qol, “Liverpul”la fərq bir xaldır. Hücumda çətinliklər var.
İndi: Premyer Liqada hələ də ən yaxşı müdafiə – buraxılan 22 qol. Nəhayət, qol çox vurulur: son 4 matçda 16 qol. “Arsenal” hələ də çempionluq yarışındadır, lakin “Liverpul”dan iki xal geri qalır və ehtiyatda bir oyunu olan “Mançester Siti” ilə xalı bərabərdir.
Portu
Qrupdan sonra: Portuqaliya çempionatında gərgin mübarizə (31 xal toplayan “Sportinq”lə liderlik, “Benfika”da 30, “Braqa”da 29 xal ). Çempionlar Liqasının qrupunda artıq 15 qol var, Qaleno 4+4-lə turnirdə ən yüksək göstəriciyə malikdir.
İndi: “Benfika” və “Sportinq”dən 7 xal geri qalır . Son iki matçda heç-heçə və məğlubiyyət.
Barselona
Qrupdan sonra: La Liqada üçüncü yer. Xavi: “Heç kim məni dayandıra bilməz. İnsanlar məndən, getməyi düşünmüsənmi, – deyə soruşurlar. Əksinə. Mən daha çox çalışıram. Mən uğursuz olmaq istəmirəm, xüsusən də həyatımın klubunda”.
İndi: La Liqada üçüncü yer. Superkubokda məğlubiyyət, İspaniya kubokunda mübarizədən kənarda. Xavi yayda “Barsa”dan ayrılacağını açıqlayıb: “Barsa” məşqçisi olmaq dözülməz işdir. Müəyyən bir dönəmdə davam etmək üçün sadəcə güc qalmır. Hiss edirsən ki, sənə hörmət edilmir, əməyin qiymətləndirilmir… “Barsa”da yeni Ferqyuson ola bilməz”.
Napoli
Qrupdan sonra: Vəziyyət çox pis idi. A seriyasında 6-cı yer, Rudi Qarsianın qovulması və Valter Mazzarrinin təyinatı. Yayda 30 milyona transfer edilən Yesper Lindströmün bir məhsuldar hərəkəti də yoxdur.
İndi: Daha da pis. A Seriyasında 9-cu yer, irəliləyiş yoxdur, Lindström hələ də məhsuldar hərəkət etməyib, Pyotr Zelinski yayda azad agent kimi gedəcəyi üçün Çempionlar Liqasının iştirak ərizəsindən kənarlaşdırılıb. Möhtəşəm “Napoli” artıq yoxdur.
İLQAR AĞAYEV