“Liverpul”un futbolçusu Harvey Elliot AVRO-2024-də İngiltərənin əsas millisinə çağırıla bilər.

Futbolinfo.az xəbər verir ki, gənc yarımmüdafiəçinin U-21-in heyətində Avropa çempiontının seçmə mərhələsində Azərbaycanla oyundakı performansı baş məşqçi Qaret Sautqeytin diqqətini çəkib. 20 yaşlı hücumameyilli oyunçu Bakıda 5:1 hesablı qələbəyə dublla töhfə verib.

U-21-in baş məşqçisi Li Karsli onun AVRO-2024-də oynamağa layiq olduğunu bildirib. Mütəxəssisin fikrincə, yetirməsi Sautqeytin nəzarətindədir: “Harveyin “Liverpul”un heyətində müntəzəm oynaması o deməkdir ki, özünü əla hiss edir. Əlbəttə, belə oyunçuları heyətdə saxlamaq yaxşı olardı. Ancaq gec-tez əsas milliyə keçid etməlidirlər. Azərbaycanla görüşdəki çıxışından sonra Elliotun qısa müqddətdə əsas yığmağa dəvət alacağını güman edirəm”.

Qeyd edək ki, Harvey Elliot “Liverpul”a 2019-cu ildə “Fulhem”dən keçib.

Shares: