Kilian Mbappe məyusdur. Fransa yığmasının kapitanı İspaniyaya məğlubiyyətdən sonra bu barədə danışıb.

Futbolinfo.az xəbər verir ki, yarımfinalda 1:2 hesablı məğlubiyyətdən sonra hücumçu istədiklərinin alınmadığını deyib: “Fubolda ya yaxşısan, ya da deyilsən. Mən də bu gün yaxşı deyildim. Budəfəki Avropa Çempionatı mənim üçün uğursuz bitdi”.

Mbappe indi istirahətə gedəcək: “Qitə çempionu olmaq istəyrdim. Alınmadı. İndi istirahətə gedirəm. Yaxşı dincəlməyim lazımdı, buna ehtiyacım var. Ardınca yeni həyata başlamalıyam. Görüləsi çox işim var”.

Shares: