Bu gün Misli Premyer Liqasında 4-cü tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, turun son oyunu “Zirə” və “Şamaxı” arasında keçirilib.

Qarşılaşma meydan sahiblərinin məğlubiyyəti ilə bitib.

Turun əvvəlki oyunlarında “Səbail” “Kəpəz”i 4:0, “Turan Tovuz” “Qarabağ”ı 1:0, “Sabah” “Sumqayıt”ı 3:1 hesabıyla məğlub edib, “Araz-Naxçıvan” – “Neftçi” matçında qalib müəyyənləşməyib – 1:1.
 
Misli Premyer Liqası
4-cü tur

25 avqust

“Zirə” – “Şamaxı” 0:1
Qol: Leroy Mikels, 16.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, Rəşad Əhmədov.
Zirə İdman Kompleksinin stadionu.

Zirə: 13. Aydın Bayramov, 7. Məqsəd İsayev, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 11. Rüstəm Əhmədzadə, 29. Ceyhun Nuriyev, 5. Stefan Akka (k), 3. Ange Mutsinzi, 28. Abbas İbrahim, 18. Martins Junior, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 97. Tyaqo Silva, 41. Anar Nəzirov, 99. Səlim Həşimov, 32. Qismət Alıyev, 91. Murad Ələkbərov, 4. Ruan Renato, 90. Davit Volkov, 10. Giorgi Papunaşvili, 23. Rafael Utziq, 15. Pyer Zebli, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.
Şamaxı: 1. Rikardo Fernandes, 4. Adil Nağıyev (k), 8. İlkin Muradov, 22. Qurban Səfərov, 82. Rüfət Abbasov, 32. Vasili Radenoviç, 20. Leroy Mikels, 93. Brahim Konate, 7. Georgi Kantariya, 9. Belaydi Pusi, 66. Vasili Bakiç.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 10. Emin Zamanov, 17. Rafael Məhərrəmli, 80. Zahid Mərdanov, 5. Arsen Ağcabəyov, 97. Elşad Tağıyev, 6. Rauf Rüstəmli, 24. Edqar Adilxanov, 19. Fəxri Məmmədli, 11. Conatan Benteke.
Baş məşqçi: Ayxan Abbasov.

Shares: