Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun çıxış etdiyi “Radomyak” Polşa çempionatında növbəti görüşünü keçirib.
Futbolinfo.az xəbər verir ki, komanda 13-cü turda “Lex”in qonağı olub və 1:2 hesabıyla uduzub.
Rahil bu matçda meydana start heyətində çıxıb və sona qədər oynayıb.
“Radomyak” turnir cədvəlində 12 xalla 18 komanda arasında 13-cü pillədə qərarlaşıb.