Dünən Avropa Liqasının qrup mərhələsində iştirak edən təmsilçilərimizdən “Qarabağ” və “Qəbələ” qrup mərhələsində ilk matçlarına çıxıblar. Futbolinfo.az xəbər verir ki, qeydə alınan nəticələrdən sonra UEFA-nın klub reytinqində Azərbaycanın aktivinə 0.250 xal əlavə olunub.
Ağdamlılar məğlub olduğundan qeydə alınan xalı “Qəbələ” ölkəmizin əmsalına qazandırıb. Bununla da, Azərbaycan hazırda 13.875 xalla 54 ölkə arasında 26-cı pillədədi.
Bizdən 1 pillə geridə – 27-ci mövqedə isə yerdəyişmə baş verib. Belə ki, “Partizan”ın qələbəsindən sonra Serbiya Qazaxıstanı geridə qoyub. Hazırda Balkan yarımadası təmsilçisinin xalı 13.625-ə bərabərdi.
Ölkəmizdən 1 pillə öndə – 25-ci pillədə də yerdəyişmə baş verib. Qazanılan nəticələrdən sonra Norveç Şotlandiyanı geridə qoyub. Hazırda britaniyalıların aktivində 16.800 xal var.
Cari mövsümdə Azərbaycanın aktivinə “Qəbələ” 1.375, “Qarabağ” 1.000, “İnter” 0.750, “Neftçi” 0.250 xal toplayıb.
Qeyd edək ki, təsnifat mərhələsində qələbəyə 0.250, heç-heçəyə isı 0.250 xal verilir. Qrup mərhələsində isə qələbəyə 0.500, heç-heçəyə 0.250 xal verilir.