Joao Feliksin müştəriləri sırasına daha biri qoşulub. “Çelsi”də xoşbəxt olmadığı üçün ayrılmağa qərar verən portuqaliyaya İtaliyadan təkilf gəlib.

Futbolinfo.az xəbər verir ki, “Milan” hücumçunu icarəyə götürmək niyyətindədir. Bir neçə ingilis klubundan da təklif alan Feliks həmyerlisinə görə A Seriyasına yollanmağa daha çox maraq göstərir. Baş məşqçi Serjio Konseysao onun heyətə qatılmasından məmnun olacağını deyib.

Transferin reallaşmasına yeganə əngəl Joaonun yüksək maaşıdır. “Rossonyerlər” maliyyənin bir hissəsini “Çelsi” qarşılayacağı halda onu icarəyə götürəcək.

Shares: