Amerikanın FOX telekanalı “Superboul” oyun zamanı yeni mövsümdə “IndyCar” yarışının reklamı üçün böyük məbləğdə pul ödəyib. Telekanal yeni mövsümdən həmin yarışları yayımlayacaq.

FOX ilk dəfədir ki, bu çempionatı yayımlayacaq. Buna qədər avtoidman yarışlarını NBC yayımlayırdı. Mənbənin sözlərinə görə, “Superboul” zamanı reklam kampaniyasına ödənilən pul 2025-ci il “İndyCar” mövsümünün televiziya hüquqlarından 5 milyon dollar çoxdur.

Yayım hüquqlarını FOX 25 milyon dollara ələ keçirib. ABŞ-da ilin əsas idman tədbiri sayılan “Superboul”da yayımlanan reklam isə kanala 30 milyon dollara başa gəlib.

Xatırladaq ki, NBC 20 ildən artıq idi ki, “IndyCar” yarışlarını yayımlayırdı.

Shares: