Şəhriyar Məmmədyarovun şahmat üzrə Azərbaycan çempionatının finalındakı rəqibi bu gün bəlli olacaq.

Futbolinfo.az xəbər verir ki, yarımfinalda hər iki görüşü heç-heçə ilə başa vuran Rauf Məmmədov və Teymur Rəcəbov tay-brekdə üz-üzə gələcəklər.

Məmmədyarov daha əvvəl bu raundda Misrətdin İskəndərova qalib gəlib – 2:0.

Qadınlarda Günay Məmmədzadə tay-brekdə Gülnar Məmmədova ilə, Ülviyyə Fətəliyeva isə Gövhər Beydullayeva ilə görüşəcək.

Kişilərin yarışında mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir.

Shares: