“Real”da aprel ayının ən yaxşı oyunçusu açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, müvafiq ada türk yarımmüdafiəçi Arda Güler layiq görülüb.
O, səsvermədə Vinisius Junior, Federiko Valverde, Antonio Rüdiger və Cud Bellingemi qabaqlayıb.
Güler aprel ayında “Real” üçün 5 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə verib.





