Çilidə 20 yaşadək yığmalar arasında dünya çempionatı keçirilir.

Futbolinfo.az xəbər verir ki, “Qəbələ”nin futbolçusu Salihu Nasiru da bu turnirin iştirakçısıdır.

O, çıxış etdiyi Nigeriya millisi ilə ilk görüşdə Norveçə 0:1 hesabı ilə məğlub olub.

Əsas heyətdə oyuna başlayan Nasiru 78-ci dəqiqədə əvəzlənib.

Nigeriya yığması növbəti görüşünü oktyabrın 3-də Səudiyyə Ərəbistanına qarşı keçirəcək.

Shares: