AFFA-nın baş katibi Cahangir Fərəcullayev “Sabahın Ulduzları” Bakı Kubokunda U-14 yaş qrupunun IV turu çərçivəsində keçirilən “Sabah” – “Zirə” matçını izləyib.
Futbolinfo.az quruma istinadən istinadən xəbər verir ki, baş katib təşkilati işlərlə yaxından maraqlanıb və könüllülərlə görüşüb.
O, oyunların “CBC Sport” telekanalında və qurumun “Youtube” kanalında canlı yayımlanması üçün görülən işləri yüksək qiymətləndirib.
C.Fərəcullayev Bakı Futbol Federasiyasının prezidenti Tahir Süleymanovla fikir mübadiləsi zamanı “Sabahın Ulduzları” layihəsinin Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı və festivalına müvafiq yaş qrupu üzrə milli komandanın formalaşdırılması üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb.
