“Kəpəz” bu gün Misli Premyer Liqasının 1-ci turunda “Sabah”ın qonağı olub.

Futbolinfo.az xəbər verir ki, matçdan sonra bölgə təmsilçisinin baş məşqçisi Azər Məmmədovun mətbuat konfransı keçirilib. Məmmədov 0:2 hesabı ilə məğlub olduqları oyunu belə şərh edib:

“Azərbaycanın ən güclü, ən komplektləşmiş komandasına qarşı oynadıq. Maraqlı oyun oldu. Keyfiyyət öz sözünü dedi. Futbolçularımdan məmnunanam.

“Sabah”ın xahişini müsbət qəbul etdik və belə qarara gəldik ki, oyunu Masazırda keçirək.

İlk oyunlar çətin keçəcək. Təqvim bizim üçün uğurlu düşməyib. Komandanı yenidən yığmışıq. Legionerlərin uyğunlaşmağa vaxta ehiyacı var. 4-5 tur çətin keçəcək. İnanıram ki, xallar qazanacağıq”.

Shares: