Misli Premyer Liqasinda bu gün “İmişli” ilə qarşılaşan “Araz-Naxçıvan”ın məşqçisi Cavid Hüseynov qolsuz heç-heçədən sonra fikirlərini bölüşüb.
Futbolinfo.az onun mətbuat konfransında səsləndirdiyi fikirləri təqdim edir:
“Yeni mövsümün başlanması münasibəti ilə futbol ictimaiyyətini təbrik edirəm. Oyunun çətin keçəcəyini bilirdik. Çünki bizim hazırlıq müddəti 6 yox 5 həftə alınmışdı. Ümumilikdə futbolçularımın mübarizə əzmindən razı qaldım. Potensialımız daha çoxdur, məşq prosesində bunu inkişaf etdirib qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcəyik.
Qarşıda bizi çətin oyunlar gözləyir. Ümumiyyətlə çempionatımız maraqlı keçəcək.
Rəhbərliyin dəstəyini hiss edirik. İstədiyimiz futbolçuların transferi üçün hər cür şərait yaratdılar. Buna görə də təşəkkür edirik”.
