22 yaşlı fransalı ulduz basketbolçu Viktor Vembanyama Fransada olduğu müddətdə MBA-nın “San Antonio Spörs” klubundakı mövsümöncəsi hazırlıqları çərçivəsində “Provens Reqbi” komandası ilə məşq edib. Bu barədə RUGBYRAMA X sosial şəbəkəsində məlumat yayıb.
Fransalı basketbolçu komandanın meydandakı məşqlərində bir neçə hərəkəti yerinə yetirib və “Provens Reqbi”nin oyunçuları ilə birlikdə bir neçə gün məşq düşərgəsində vaxt keçirərək kollektivin gündəlik həyatına qoşulub.
“Provens Reqbi” Fransanın reqbi liqaları sisteminin ikinci səviyyəsi olan Pro D2-də çıxış edir.
