Formula 1-in iqtisadi tərəflərinə həsr olunan “Business/book GP” nəşrinin müəllifi Mark Limaşe Səudiyyə Ərəbistanının “Aston Martin”ə 2027-ci il mövsümündə sponsorluq dəstəyini genişləndirmək planlarını dayandırdığını bildirib.

Limaşe X sosial şəbəkəsində yazıb ki, bir neçə aylıq danışıqlardan sonra Ər-Riyad 2027-ci il üçün komandanın sponsorluğunu dondurub. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanının “Aramco” şirkəti vasitəsilə sponsorluq məbləğini artırması və komandanın sponsor portfelinə üçüncü tərəfdaşın cəlb edilməsi planlaşdırılırdı, lakin İrandakı müharibə bu layihənin həyata keçirilməsini gecikdirib.

“Saudi Aramco” Səudiyyə Ərəbistanının milli neft şirkətidir və 2023-cü ilin sonunda “Aston Martin”lə çoxillik müqaviləsini uzadaraq Britaniya komandasının eksklüziv titul sponsoru olub. Açıq mənbələrdə müqavilənin dəyərinin 75-95 milyon dollar civarında olduğu bildirilir.

Shares: