Ukraynalı jurnalist Andrey Piskun Kiyev “Dinamo”sunun yarımmüdafiəçisi Andrey Yarmolenkonun adının Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”a qarşı keçirilən cavab oyununda iştirak ərizəsində olmamasının səbəbini açıqlayıb.

O, təcrübəli futbolçunun stadiona gəlmədiyini iddia edib: “Düşünürəm ki, hamı oyunun iştirak ərizəsində Andrey Yarmolenkonun olmadığını gördü. Belə ki, mənə “Dinamo”ya yaxın mənbələrdən məlum olduğu qədər, Andrey komanda ilə birlikdə Bakıya uçub və oynamağa hazır olub. Lakin oyundan əvvəlki taktiki toplantıda baş məşqçi İqor Kostyukun onu start heyətində meydana buraxmağı planlaşdırmadığını öyrənib. Bu isə Yarmolenkonun xoşuna gəlməyib və o, hətta oyuna getməyərək oteldə qalmaq qərarına gəlib”.

Xatırladaq ki, Polşada tək qolla qalib gələn “Dinamo” Bakıda 0:2 hesabı ilə yenlərək qitə arenasından kənarda qalıb. Komandanın ən təcrübəli oyunçularından olan Yarmolenko bu matçları kənardan izləyib.

Shares: