“Sabah” UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsrail klubu “Hapoel”lə (Beer-Şeva) qarşılaşacaq.
Futbolinfo.az saytının məlumatına görə, klublarımız əvvəllər də İsrail təmsilçiləri ilə avrokuboklarda dəfələrlə qarşılaşıb.
Bu iki ölkənin təmsilçiləri 1992-ci ildən bəri UEFA-nın bayrağı altında keçirilən demək olar ki, bütün turnirlərdə – Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqası və İntertoto Kubokunda – üz-üzə gəliblər. Ümumilikdə 11 dəfə müxtəlif mərhələlərdə bir-birinə rəqib olan ölkələrin klubları 22 matç keçiriblər. 11 duelin 8-dən İsrail, 3-dən isə Azərbaycan təmsilçiləri üstün ayrılıblar.
İsrail klublarının ciddi üstünlüyü müşahidə edilib. Klublarımız 12 məğlubiyyətin fonunda cəmi 3 dəfə qələbə qazanmağı bacarıblar. 7 qarşılaşmada isə sülh qeydə alınıb.
“Sabah” üçün isə İsrail sınağı uğurlu olub. İki il öncə Hayfa “Makkabi”sinə səfərdə 3:0 hesabı ilə qalib gələn təmsilçimiz Bakıdakı cavab matçında uduzmuş (3:6), amma pemalti seriyasında uğurlu oynayaraq mərhələ keçmişdi.
Azərbaycan və İsrail klublarının avrokuboklardakı qarşılaşmaları:
Çempionlar Liqası
01.08.2012. “Hapoel” (İroni Kiryat-Şmona) – “Neftçi” – 4:0
08.08.2012. “Neftçi” – “Hapoel” (İroni Kiryat-Şmona) – 2:2
Avropa Liqası
02.07.2009. “Simurq” – “Bney Yehuda” – 0:1
09.07.2009. “Bney Yehuda” – “Simurq” – 3:0
14.07.2011. “Makkabi” (Təl-Əviv) – “Xəzər Lənkəran” – 3:1
21.07.2011. “Xəzər Lənkəran” – “Makkabi” (Təl-Əviv) – 0:0
18.07.2013. “Makkabi” (Hayfa) – “Xəzər Lənkəran” – 2:0
25.07.2013. “Xəzər Lənkəran” – “Makkabi” (Hayfa) – 0:8
08.08.2019. “Neftçi” – “Bney Yehuda” – 2:2
15.08.2019. “Bney Yehuda” – “Neftçi” – 2:1
22.10.2020. “Makkabi” (Təl Əviv) – “Qarabağ” – 1:0
03.12.2020. “Qarabağ” – “Makkabi” (Təl Əviv) – 1:1
Konfrans Liqası
19.08.2021. “Neftçi” – “Makkabi” (Hayfa) – 3:3
26.08.2021. “Makkabi” (Hayfa) – “Neftçi” – 4:0
22.07.2021. “Qarabağ” – “Aşdod” – 0:0
29.07.2021. “Aşdod” – “Qarabağ” – 0:1
21.07.2022. “Zirə” – “Makkabi” (Təl-Əviv) – 0:3
28.07.2022. “Makkabi” (Təl-Əviv) – “Zirə” – 0:0
25.07.2024. “Makkabi” (Hayfa) – “Sabah” – 0:3
01.08.2024. “Sabah” – “Makkabi” (Hayfa) – 3:6 (penaltilərlə – 3:2)
İntertoto Kuboku
20.06.1999. “Makkabi” (Hayfa) – “Qarabağ” – 1:2
27.06.1999. “Qarabağ” – “Makkabi” (Hayfa) – 0:1
