MBA-da çıxış edən “Los-Anceles Leykers” klubu 12,5 milyard dollara satılıb.

Klubun sahibi Mark Uolter bu qərarı kreditlərini ödəmək üçün vəsaitə ehtiyac yarandığına görə verib. Söhbət ehtimal olunan dələduzluqla bağlı araşdırmaya düşən kreditlərdən gedir. Uolter borcları ödəmək üçün investorlarla maliyyə vəsaiti cəlb etmək barədə danışıqlar aparıb.

Qeyd edək ki, Uolter 2025-ci ildə “Leykers”in nəzarət səhm paketini Bass ailəsindən təxminən 10 milyard dollara almışdı. Klubun satışı cəmi 72 saat ərzində başa çatıb.

Shares: