UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksələn “Qarabağ”ın bu raunddakı rəqibi Niderland təmsilçisi “Tvente” olacaq.

Futbolinfo.az saytının məlumatına görə, bu, komandaların avrokuboklarda 3-cü dueli olacaq.

“Qarabağ” və “Tvente”nin yolları ilk dəfə Avropa Liqasının 2009-10 mövsümündə kəsişib. Niderlandlılar evdə qazanılan qələbə sayəsində təmsilçimizi üstələyib. 2014-cü ildə eyni turnirdəki növbəti duel zamanı isə hər iki matç sülhlə nəticələnib.

Niderland klubları ilə növbəti qarşılaşmalardakı təmsilçimiz də yalnız “Qarabağ” olub. Ağdamlılar 2 dəfə “Ayaks”a rəqib olub. 2024-cü ildə Avropa Liqasında, ötən il isə Çempionlar Liqasında Amsterdam təmsilçisi Bakıdan qalibiyyətlə ayrılıb.

Niderland klublarına qarşı keçirilən 6 qarşılaşmanın heç birində “Qarabağ” qələbə üzü görməyib. 3 dəfə niderlandlılar qalibiyyət əldə edib, 3 matçda isə bərabərlik qeydə alınıb. Amma məhz “Tvente” ilə 2014-cü ildəki heç-heçələr təmsilçimizin səfər qolu sayəsində ilk dəfə qrup mərhələsinə düşməsini təmin edib. Həmin vaxtdan bəri ağdamlılar heç vaxt təsnifat mərhələsində dayanmayıb.

Azərbaycan və Niderland klublarının avrokuboklardakı qarşılaşmaları:

Çempionlar Liqası

10.12.2025. “Qarabağ” – “Ayaks” – 2:4

Avropa Liqası

20.08.2009. “Tvente” – “Qarabağ” – 3:1

27.08.2009. “Qarabağ” – “Tvente” – 0:0

21.08.2014. “Qarabağ” – “Tvente” – 0:0

28.08.2014. “Tvente” – “Qarabağ” – 1:1

24.10.2024. “Qarabağ” – “Ayaks” – 0:3

Shares: