Kiyev “Dinamo”sunun baş məşqçisi İqor Kostyuk UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, ukraynalı məşqçi 0:2 hesablı nəticə haqda bunu deyib:

“Qarabağ” bu gün bütün imkanlardan istifadə etdi və bu, nəticəyə təsir etdi. İkinci hissədə isə təşəbbüsü ələ keçirdik. Lakin təəssüf ki, bu gün uğursuz olduq və şanslardan düzgün istifadə edə bilmədik.“Qarabağ” ilk dəqiqələrdə aqressiv oynayırdı. Topu əlimizdə saxlamağa çalışırdıq. Tez-tez pressinqlərlə qarşılaşırdıq. Buna baxmayaraq, çox çalışırdıq”.

Shares: