“Los-Anceles Leykers”in keçmiş oyunçusu Kevin Lav bildirib ki, komandanın sabiq ulduz oyunçusu Lebron Ceyms Torontoya səfərləri zamanı rouminqə görə pul ödəməmək üçün mobil internetdən istifadə etmir və Wi-Fi gözləyirdi.

Lavın sözlərinə görə, Ceyms hava limanından otelə, daha sonra isə oteldən “Toronto Reptors”un arenasına qədər telefonunu yerli Wi-Fi-a qoşulana kimi mobil şəbəkəyə keçirmir. MBA-nin dördqat MVP-si bu vərdişini “kiçik sızma böyük gəmini batıra bilər” ifadəsi ilə əsaslandırıb. Karyerası ərzində MBA müqavilələrindən 580 milyon dollardan çox qazanan Ceymsin reklam, investisiya və biznes gəlirləri də nəzərə alınmaqla ümumi sərvətinin 1,4 milyard dollardan çox olduğu bildirilir.

Onun digər keçmiş komanda yoldaşı Dueyn Ueyd isə 2017-ci ildə Ceymsi MBA-nin “ən xəsis oyunçusu” adlandırıb, Ceyms də rouminqdə mobil interneti hələ də aktivləşdirmədiyini, ödənişli tətbiqlər almadığını və reklamlı pulsuz “Pandora”dan istifadə etdiyini təsdiqləyib.

Shares: