Fransanın PSJ klubunun mərkəz müdafiəçisi və kapitanı Markinyos komandanın heyətində 40-cı titulunu qazanıb.

Futbolinfo.az xarici mediaya istinadən xəbər verir ki, 32 yaşlı braziliyalı futbolçu PSJ-nin UEFA Superkubokunda İngiltərənin “Aston Villa” komandasına 2:1 hesabı ilə qalib gəldiyi görüşdə bu uğura imza atıb.

O, Paris təmsilçisinin tərkibində 11 dəfə Liqa 1-in, 10 dəfə Fransa Superkubokunun, 8 dəfə Fransa Kubokunun, 6 dəfə Liqa Kubokunun, 2 dəfə UEFA Çempionlar Liqasının, 2 dəfə UEFA Superkubokunun və 1 dəfə Qitələrarası Kubokun qalibi olub.

Qeyd edək ki, Markinyos PSJ tarixinin ən titullu futbolçusudur. Bu, braziliyalı oyunçunun karyerasında ümumilikdə 41-ci mükafatı olub. O, futbol tarixində qazanılan kubokların sayına görə Dani Alveşə (41) çatıb və yalnız Lionel Messidən (45) geri qalır.

Shares: