“Qarabağ”ın vingeri Aleksey Kaşukun Ukraynaya qayıtmaq variantı olub.

Futbolinfo.az xəbər verir ki, bu barədə yerli jurnalist Mixail Spivakovski məlumat yayıb.

Onun sözlərinə görə, “Polissya” klubu 26 yaşlı futbolçunu transfer etmək istəyib. Hətta ukraynalılar bu transfer üzərində bir neçə ay çalışıb və keçidi reallaşdırmağa yaxın olub. O bildirib ki, “Qarabağ” oyunçusu üçün 2 milyon avro tələb edib və qarşı tərəf buna müsbət baxıb. Lakin transferi Kaşuk özü əngəlləyib. Futbolçu Ukraynaya qayıtmaq istəməyib.

Jurnalistin sözlərinə görə, bu ilin əvvəlində Kaşuka Kiprin “Omoniya” və Xorvatiyanın “Hayduk” klubları da maraq göstəriblər.

Qeyd edək ki, vingerin “Qarabağ”la müqavilə müddəti 2027-ci ilin yayına qədərdir.

Shares: