Kiyev “Dinamo”sunun futbolçusu Matvey Ponomarenko UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri cavab oyunundan öncə mətbuat konfransında fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, ukraynalı oyunçu bu qarşılaşmaya necə hazırlaşdıqları haqda ümumi şərh verib:
“Səfərdə oynayırıq. Bakıda azarkeşlərin sayı olduqca çoxdur. Qələbə qazanmağa çalışacağıq, oyuna köklənməliyik. “Qarabağ” çox güclü komandadır. Oyunun çətin olacağını düşünürük, ciddi şəkildə hazırlaşmışıq”.
