Məşhur amerikalı aktyor Bred Pitt futbolçuların qayda pozuntuları zamanı daha inandırıcı davranmağı öyrənmələrinə kömək etmək istədiyini bildirib.

Hollivud ulduzu xüsusilə simulyasiyaların düzgün icra olunmadığını düşünür: “Simulyasiya ilə bağlı dərslər verməyə başlayacağam, çünki uşaqlar bu məsələdə çox pisdirlər. Rəqibin fol etməsinə nail olmağın taktikanın bir hissəsi olduğunu başa düşürəm, amma onlara ciddi kömək lazımdır. Mən dərslərə Neymarla başlayacağam. Çünki o, meydanda sanki baletlə məşgul olur. Braziliyalıya kömək lazımdır. Mən ona folu necə “satmağı”, bunu təmkinli şəkildə necə etməyi və inandırıcı görünməsi üçün bunu çox tez-tez təkrarlamamağı göstərəcəyəm. Bununla bağlı bütöv bir təlim proqramım var. Bu, qəbul edilən, amma heç kimin xoşlamadığı şeylərdəndir. 1940-cı illərdə aktyorların oyununa bənzəyir – aktrisalar sadəcə heyranlıqdan huşlarını itirirdilər. Pis aktyorluq məni dəli edir. Elə buna görə də porno izləyə bilmirəm”.

Shares: