Məşhur braziliyalı futbolçu Ronaldinyo Andorranın “Clayton Sport” investisiya fondu ilə birlikdə “Monako” basketbol klubunun satın alınmasında iştirak edə və komandanın çempionatında qalmasına kömək edə bilər.
Potensial yeni sahiblər klubun 2,5 milyon avro məbləğində Avroliqa borcunu ödəməyə hazırdır. Bununla yanaşı, sərmayədarlar “Knyazlıq klubu”nun 12,5 milyon avroluq büdcə çərçivəsində 5 milyon avro həcmində bank zəmanəti təqdim etmək fikrindədir. Ronaldinyo və “Clayton Sport” həmçinin layihəni üç və ya beş il ərzində hər mövsüm 10 milyon avro ilə maliyyələşdirməyi planlaşdırır.
“Monako”nun Fransa Milli Olimpiya və İdman Komitəsinə müraciət etmək üçün avqustun 19-dək vaxtı var. Tərəflər sövdələşmənin hazırlıq mərhələsini avqustun 14-dək başa çatdırmağı hədəfləyirlər.
