UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cütləri məlum olub. Dünən keçirilən oyunlardan hamı Liqa mərhələsi yolundakı sonuncu rəqibini tanıyıb.

“Sabah” həlledici raundda İsrailin “Hapoel” (Beer Şeva) Klubu ilə qarşılaşacaqa, Türkiyə təmsilçisi “Fənərbağça”nın rəqibi “Olimpik” (Lion, Fansa) olacaq. İlk dəfə bura qədər yüksələn “Neymegen”in “Bodo Qlimt”lə duelləri də maraqla gözlənilir.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi

Levski (Bolqarıstan) – AEK (Yunanıstan)

Dinamo (Zaqreb, Xorvatiya) – Vikinq (Norveç)

Fənərbağça (Türkiyə) – Olimpik (Lion, Fransa)

Seltik (Şotlandiya) – LASK (Avstriya)

Hapoel (Beer Şeva, İsrail) – Sabah (Azərbaycan)

Slovan (Slovakiya) – Çelye (Sloveniya)

Neymegen (Niderland) – Bodo Qlimt (Norveç)

Mərhələnin ilk oyunları 18-19, cavab matçları isə 25-26 avqustda keçiriləcək.

Shares: