“Orhus” bu gün UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçında “Sabah”ın qonağı olub.

Futbolinfo.az xəbər verir ki, oyundan sonra Danimarka təmsilçisinin baş məşqçisi Yakob Poulsenin mətbuat konfransı keçirilib. Danimarkalı mütəxəssis 0:4 hesabı ilə məğlub olduları matçı belə şərh edib:

“İkinci hissədə böyük səhvlərə yol verdik. Topu demək olar ki, rəqibə təhvil verdik. “Sabah” kimi güclü rəqibə topu təhvil verirsənsə, böyükhesablı məğlubiyyət qaçılmaz olur. Düşünürəm ki, buraxdığımız səhvlərdən sonra məğlub olduq”.

Mütəxəssis Avropa Liqasında rəqibləri olacaq “Benfika” haqda belə deyib:

“Püşkdə çıxan ən güclü rəqbdir. Amma ondan əvvəl bizim çempionatda oyunumuz var. Ona hazırlaşacağıq. Ondan sonra “Benfika” haqda düşünmək olar. Düşünürəm ki, Avropa Liqasında ən güclü rəqib “Benfika”dır.

Bir hissədə dörd qol buraxmaq planlarımıza daxil deyildi. Nəticə də onu göstərdi ki, “Sabah” növbəti mərhələyə keçməyə layiq idi”.

“Orhus” ilk oyunda 2:1 hesabı ilə qalib gəlmişdi. İki oyunun yekununda məğlub (2:5) olan danimarkalılar Çempionlar Liqasında mübarizəni dayandırıb. Komanda çıxışını Avopa Liqasında davam etdirəcək.

Shares: