“Kəpəz” növbəti transferini reallaşdırıb. Gəncəlilər Rəşad Əzizlini heyətinə qatıb.
Klubun mətbuat xidmətinin verdiyi xəbərə görə, 32 yaşlı qapıçı ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Rəşad Əzizli ötən mövsüm “Səbail”də çıxış edib.
Qeyd edək ki, “Kəpəz” bu yay Rojerio Santos (son klubu “İroni Tiberias”, İsrail), Vadim Abdullayev (son klubu “Karvan-Yevlax”), Azuma Abubakar (son klubu “Lustenau”, Avstriya), Urfan Abbasov (son klubu “Araz-Naxçıvan”), Kennet Kalunqa (son klubu “Mingəçevir”), Viktor Stina (Son klubu “Zimbru”, Moldova), Hüseyn Babayev (“Baku Sportinq”) və Namiq Ələsgərovu (“Zirə”) və Olabiran Blessinq Muyivanı (“Akritas”, Kipr) da transfer edib.
