Norveçli atlet, ikiqat olimpiya çempionu Yakob İnqebriqtsen 2026-cı il Avropa çempionatında 5000 metr məsafəyə qaçışda qızıl medal qazanıb.

O, məsafəni 13 dəqiqə 15,29 saniyəyə başa vurub. Almaniyalı Florian Bremm 13:15,60 nəticə ilə ikinci, fransalı Etyen Daqino isə 13:16,09 göstərici ilə üçüncü olub.

Bu, İnqebriqtsenin karyerasında 5000 metr məsafədə Avropa çempionatlarında qazandığı dördüncü qızıl medaldır.

Qeyd edək ki, 2025-ci ilin payızından yarışlara qatılmayan atlet axil vətərindən əməliyyat olunmuşdu.

Shares: