Almaniyanın “Ştutqart” klubu II Bundesliqa təmsilçisi “Volfsburq”un hücumçusu Cenan Peyçinoviçi transfer edib.

Futbolinfo.az xəbər verir ki, 21 yaşlı futbolçu ilə müddəti 2031-ci ilin yayınadək olan müqavilə imzalanıb.

Onun “Volfsburq”la əvvəlki müqaviləsinin müddəti 2029-cu il iyunun 30-dək nəzərdə tutulmuşdu.

Peyçinoviç 2025/2026 mövsümündə keçirdiyi 34 matçda 12 qol vurub və 1 məhsuldar ötürmə müəllifi olub. “Transfermarkt” portalı Almaniyanın gənclər yığmasının futbolçusunun dəyərini 15 milyon avro, “Ştutqart”a keçidinin məbləğini isə 25 milyon avro qiymətləndirir.

Shares: