Oktyabrda Azərbaycanda təşkil ediləcək U-15-lər arasında dünya çempionatı və festivalın daha bir iştirakçısı müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, Yamaykanın müvafiq yaş qrupundan ibarət komandası həmin vaxt ölkəmizə təşrif buyuracaq. Bu barədə Yamayka Futbol Federasiyasının yeni futbol direktoru Vin Bleyn ölkəsinin mətbuatına açıqlamasında məlumat verib. O, bu ilin sonuna qədər 3 böyük turnirə qatılacaqlarını və onlardan birinin də U-15-lərin dünya çempionatı olacağını söyləyib.

Qeyd edək ki, dünya çempionatı oktyabrın 23-31-i aralığında keçiriləcək.

Shares: