“Sabah” bu gün Çempionlar Liqasın növbəti oyununu keçirəcək.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan çempionu ÇL-in 3-cü təsnifat mərhələsində Danimarkanın “Orhus” komandası ilə qarşılaşacaq.
Bu komandalar arasında səfərdə keçirilən ilk görüşdə meydan sahibləri 2:1 hesablı qələbə qazanıblar. Valdas Dambrauskasın çalışdırdığı komanda indi evdə həmin məğlubiyyətin əvəzini çıxmalıdır.
Masazırda keçiriləcək oyuna saat 20:00-da start veriləcək. Matçı Fransadan olan Villi Delajo idarə edəcək.
UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunu
11 avqust
20:00. Sabah – Orhus
Baş hakim: Villi Delajo (Fransa).
“Bank Respublika Arena”.
