“Orhus” “Sabah” la cavab matçında UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlmək üçün yaxşı oyun sərgiləmək istəyir.

Futbolinfo.az xəbər verir ki, bunu “Orhus”un baş məşqçisi Yakop Poulsen “Sabah”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

O, sabah keçiriləcək görüşlə bağlı düşüncələrini bölüşüb:

“Ümid edək ki sabah yaxşı oyun sərgiləyəcəyik. Uzun yol qət etmişik. Həftəsonu oyun keçirməmişik. Ümid edirəm ki yaxşı olacaq. Çempionlar Liqasında pley-off mərhələsinə adlamaq üçün oynayacağıq. Heyətdə zədəli futbolçular var idi. Artıq sağ alıblar oynayacaqlar. Sabah üstün olan tərəf növbəti mərhələyə yüksələcək. Hava istidir amma bu şərtlər altında oynamağa məcburuq”.

Mütəxəssis “Sabah”ın çempionluğunu xüsusi vurğulayıb.

“Çox maraqlı oyun oldu. Sevinirəm ki qələbə qazandıq. Sabah ötən mövsümdə böyük fərqlə çempion olmuşdu. Bu məndə bəzi suallar yaratmışdı”.

“Sabah” – “Orhus” matçı avqustun 11-də, saat 20:00-da Masazırdakı “Bank Respublika Arena”da start götürəcək.

Shares: