Azərbaycanın qadın və kişilərdən ibarət çimərlik voleybolu yığmaları Türkiyədə keçiriləcək beynəlxalq turnirdə mübarizə aparacaqlar.

Bu barədə Futbolinfo.az-a Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.

FIVB reytinq xalları qazandıracaq yarış avqustun 11-dən 16-dək Türkiyənin Tekirdağ və Çatalca bölgələrində təşkil olunacaq.

Turnirdə Azərbaycan baş məşqçi Atvars Vildenin rəhbərliyi altında qadın (Səbinə Əlizadə / Leyla Əliyeva) və kişi (Nəriman Bayramlı / Muhammad Aslanlı) komandası ilə təmsil olunacaq.

Shares: