UFC-nin sabiq çempionu Həbib Nurməhəmmədov Fələstinə dəstəyini ifadə etdiyi üçün sponsorlarını itirdiyini bildirib. O, sosial şəbəkələrdə bu mövzuda paylaşım edən idmançıların reklam müqavilələrindən məhrum qala bildiyini söyləyib.

Nurmahəmmədovun sözlərinə görə, bu vəziyyət onunla yanaşı, İslam Maxaçov və Usman Nurməhəmmədova da təsir edib. O, sponsorların Fələstini dəstəkləməyən, sadəcə bu məsələ barədə danışan idmançılarla belə əməkdaşlıq etmək istəmədiyini qeyd edib.

Həbib bu fikirləri azarkeşlərlə görüşü zamanı səsləndirib və maliyyə itkilərinin insan həyatının yanında heç bir əhəmiyyət daşımadığını vurğulayıb.

Shares: