“Sabah”ın sabiq futbolçusu Boyan Letiç yenidən Azərbaycana qayıdıb.

Futbolinfo.az saytının məlumatına görə, Bakı klubundakı yüksək səviyyəli çıxışla diqqət çəkən 33 yaşlı sol cinah müdafiəçisi yenə Misli Premyer Liqasında çıxış edəcək.

Bosniya və herseqovinalı oyunçu bu dəfə fərqli komandanın – “Araz-Naxçıvan”ın formasını geyinəcək. Naxçıvanlılar hazırda ölkəmizdə olan futbolçu ilə hərtərəfli razılığa gəlib. Letiç tezliklə yeni komandası ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, 2022-ci ildən bu ilin əvvəlinə qədər “Sabah”da çıxış etmiş Boyan Letiç qəsəbə təmsilçisi tarixinin ən çox oyun keçirən futbolçularından biridir. O, bu komandanın 125 matçında iştirak edib, Premyer Liqanın gümüş və bürünc medallarını qazanıb, Azərbaycan Kubokunun qalibi olub.

Shares: