İtaliyanın “Kalyari” klubu Daniel Maldinini icarəyə götürüb.
Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, gənc futbolçu müəyyən şərtlər yerinə yetiriləcəyi təqdirdə məcburi satın alma öhdəliyi nəzərdə tutulan icarə müqaviləsi ilə komandaya qoşulub.
D.Maldini “Milan”ın yetirməsidir və onun atası Paolo, eləcə də babası Çezare Maldini də əvəllər bu klubun şərəfini qoruyublar.
Qeyd edək ki, 2022-ci ildə “Milan”dan ayrılan futbolçu daha əvvəl icarə əsasında ölkəsində “Spetsiya”, “Empoli” və “Montsa” komandalarında çıxış edib.
