“Mançester Yunayted”in qapıçısı Radek Vitek karyerasını “Middlsbro”da davam etdirəcək.
Futbolinfo.az xəbər verir ki, “Middlsbro” rəsmi saytı vasitəsilə 22 yaşlı qolkiperin transferini açıqlayıb.
“Qırmızı şeytanlar” da sosial şəbəkə hesablarında Vitekin keçidi ilə bağlı paylaşım edərək, futbolçuya təşəkkür edib.
Vitek 2025/26 mövsümünü icarə əsasında “Bristol Siti”də keçirib. O, bütün turnirlərdə 41 matçda meydana çıxıb, 54 qol buraxıb və 12 oyunda qapısını toxunulmaz saxlayıb.
“Transfermarkt”ın məlumatına görə, çex qapıçının hazırkı bazar dəyəri 6 milyon avrodur.
