Superağır çəki dərəcəsində məğlubiyyətsiz keçmiş mütləq dünya çempionu, ukraynalı boksçu Aleksandr Usik boksla uğurla yalnız aşağı sosial təbəqədən olan insanların məşğul ola biləcəyinə əmin olduğunu bildirib.
O, bu fikrini şəxsi təcrübəsi ilə əsaslandırıb:
“12 yaşımda işləməyə başlamışam. Xüsusən də atların, qoyunların olduğu fermaya gedirdim. Boks kasıblar üçün idmandır. Çünki həddindən artıq rahat şəraitdə yaşadıqda, ipək pijaman olduqda səhər tezdən məşqə qalxmaq çox-çox çətinləşir. Avtomobillərin və pulun olduqda isə bu, daha da çətin olur”.
Xatırladaq ki, ukraynalı boksçunun peşəkar karyerasında 25 qələbəsi var. O bunların 16-sını nokautla qazanıb və heç bir məğlubiyyət yaşamayıb. Aleksandr Usik peşəkar rinqdə debütünü 2013-cü ilin noyabrında edib. İdmançı 2012-ci il Olimpiya Oyunlarında da qızıl medal qazanıb.
