Azərbaycan yığmasının hücumçusu Nəriman Axundzadənin “Erzurumspor”a keçidi rəsmiləşib.

Bu haqda Türkiyə klubunun instaqram hesabında məlumat paylaşılıb. Lakin sözləşmənin detalları barədə məlumat verilməyib.

23 yaşlı forvard yeni klubunda 90 nömrəli formanı geyəcək. 

Müqavilə ilə ABŞ-nin “Kolambus Kru” klubuna məxsus olan Axundzadənin “Erzurumspor”a icarə əsasında qoşulacağı bildirilirdi. Nəriman bu ilin yazında “Qarabağ”dan “Kolambus Kru”ya transfer olunub. O, MLS təmsilçisi ilə 3,5 illik müqavilə imzalayıb.

Shares: